“Rahat” “Johnson & Johnson” məhsullarını satışdan çıxarıb - VİDEO

“Rahat” supermarket şəbəkəsi “Johnson & Johnson” şirkətinin məhsullarının satılmasından imtina edib. 

Baku Tv xəbər verir ki, “Johnson & Johnson” şirkətinin bütün məhsulları “Rahat” supermarket şəbəkəsinin satışından artıq yığışdırılıb.

Qeyd edilir, ki bu addım “Johnson & Johnson” şirkətinin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb. 

“Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.

0.41226506233215