“Mançester Siti” dörd qol vuraraq “Liverpul”a çatdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasında 31-ci turun oyunları davam edir.

Son çempion “Mançester Siti” bu tur doğma meydanda “Aston Villa”nı qonaq edib.

“Şəhərlilər”in dörd qoluna qonaqlar yalnız bir təsəlli qolu ilə cavab verə biliblər - 4:1. Foden het-triklə yadda qalıb.

Bu nəticə Qvardiolanın yetirmələrinə “Liverpul”la xalları bərabərləşdirməyə (67) imkan verib. Lakin əlavə göstəricilərə görə, Klopun komandası turnir cədvəlində 2-ci, “Siti” isə 3-cüdür. Mersisaydlıların ehtiyatda bir oyunu da var.

“Aston Villa”ya gəlincə, komanda 59 xalla 4-cüdür. Çempionata isə hazırda 68 xalı olan “Arsenal” başçılıq edir.  

 

0.33612203598022