Bakıdakı güləş yarışının açılış mərasiminin proqramı açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 5-7-də Milli Gimnastika Arenasında keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasiminin proqramı müəyyənləşib.

Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, açılış mərasimi sabah saat 17:30-da başlayacaq.

Tədbirin rəsmi hissəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və UWW-nin vitse-prezidenti Teodoros Hamakos çıxış edəcəklər.

Açılış mərasiminin bədii hissəsində isə “Talant şou” rəqs qrupunun çıxışı olacaq.

Xatırladaq ki, bu yarışda hər çəkidə iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

0.30707812309265