“Çelsi” “Mançester Yunayted”lə qol duelindən qalib çıxdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə çempionatının 31-ci turunun ən maraqlı matçı “Çelsi” ilə “Mançester Yunayted” arasında baş tutub.

Xeber-ps.com xəbər verir ki, qonaqlar 2:0 geridə olarkən üç qol vuraraq geridönüş ediblər.

Lakin 90+10 və 90+11-ci dəqiqələrdə ardıcıl iki qola imza atan “zadəganlar” dueldən qalib ayrılıblar - 4:3.

Bu nəticədən sonra “Çelsi” 43 xalla 10-cu, “qırmızı şeytanlar” isə 48 xalla altıncı yerdə qərarlaşıblar.

 

0.32627701759338