Benzema niyə əvvəlki kimi olmadığını açıqladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanındakı karyerası haqqında danışarkən bildirib ki, matçlarda təkbaşına qalib gələ bilməz.

Xeber-ps.com-ın məlumatına görə, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə hesabından xəbər verib.

Mənbədən bildirilib ki, Benzema İspaniyada yüksəksəviyyəli komanda yoldaşlarının əhatəsində olduğu üçün “Real Madrid”də göstərdiyi performansı göstərə bilmədiyini deyib.

“Mən ona görə “Real”dakı Benzema deyiləm ki, burada oyun və oyunçular fərqlidir. Meydanda köməyə ehtiyacım var, çox şeyə ehtiyacım var. Mən matçları təkbaşıma uda bilmərəm”, - deyə Benzema qeyd edib.

Xatırladaq ki, Benzema 2023-cü ilin iyununda “Əl-İttihad”a keçib. Bu mövsüm hücumçu liqada 15 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

Benzema “Real Madrid”də 14 il çıxış edib. Forvard dörd dəfə İspaniya çempionu olub, üç dəfə İspaniya Kubokunun, beş dəfə Çempionlar Liqasının qalibi olub.

“Əl-İttihad” Səudiyyə Ərəbistanı çempionatında 47 xalla dördüncü pillədə qərarlaşıb. Turnirin lideri 77 xalla “Əl-Hilal”dır.

0.31074595451355