“Qalatasaray”ın maraqlandığı futbolçu “Barselona”ya keçə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “Qalatasaray” futbol klubunun maraqlandığı nigeriyalı yarımmüdafiəçi İspaniyanın “Barselona” komandasına keçə bilər.

Məlumata görə, “sarı-qırmızlar” “Lester Siti”nin 27 yaşlı yarımmüdafiəçisi Uilfred Ndidini transfer etmək istəsələr də, futbolçunun kataloniyalılarla danışıqlara başladığı bildirilib.

Qeyd edək ki, bu mövsüm “Lester Siti” forması ilə 31 oyunda meydana çıxan Uilfred Ndidi dörd qol, beş məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Fotomac.com.tr

0.35129690170288