Azərbaycanın güləş milliləri toplanışa başlayacaqlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın güləş milliləri bu gün növbəti təlim-məşq toplanışına start verəcəklər.

Xeber-ps.com-ın xəbərinə görə, sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığmalar Quba Olimpiya İdman Kompleksində məşqləri bərpa edəcəklər.

Xüsusi fiziki hazırlıq üzrə toplanışda ABŞ-dən dəvət edilən mütəxəssis Mark Alan Filippinin proqramı üzrə təmrinlər həyata keçiriləcək. Dözümlülük və fiziki gücün artırılması ilə yanaşı, güləş xalçası üzərində taktiki-texniki məşqlərə də yer ayrılacaq.

Qeyd edək ki, toplanış iki həftə davam edəcək və komandalar növbəti hazırlıq prosesini Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçəcəklər.

0.36064410209656