Xəzərdə dalğanın hündürlüyü iki metri ötdü - FAKTİKİ HAVA + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 11-i saat 14:00-a olan məlumata əsasən Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Daşkəsən, Gədəbəy, Ceyrançöl, Göygöl, Ağstafa, Beyləqan, Neftçala, Astara, Lənkəran, Yardımlı, Lerik, Biləsuvarda arabir yağış yağır.

Bu barədə Xeber-ps.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Şimal-qərb küləyi arabir Altıağacda 20 m/s, Bakıda və Abşeron yarımadasında 23-25 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,3 metrə çatıb.

Şahdağ, Qrız, Daşkəsən, Şəmkirdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 15 dərəcəyədək, Aran rayonlarında 20 dərəcəyədək, dağlıq rayonlarda 10 dərəcəyədək isti olub.

10:00

Aprelin 11-i saat 9:30-a olan məlumata əsasən, Azərbaycanın bəzi yerlərində hava arabir yağıntılı olub, qar örtüyünün hündürlüyü Şahdağda 20 sm-ə çatıb.

Bu barədə Xeber-ps.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Ordubad, Culfada 12 mm, Naxçıvanda 9 mm, Şahbuzda 8 mm, Sədərəkdə 7 mm, Gədəbəy, Şərurda 6 mm, Kürdəmir, Biləsuvar, Naftalan, Gəncə, Balakən, Zaqatala, Şəki, Tərtər, Yevlax, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Cəlilabad, Neftçalada 2 mm-dək olub.

Şimal-qərb küləyi arabir Altıağacda 22 m/s, Şamaxıda 16 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib.

“Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 1,7 metrə çatıb.

Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Qax, Şəki, Quba, Qrız, Cəfərxan, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, Naxçıvan MR-da 21, Aran rayonlarında 21, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.

0.36067700386047