Yeni Yasamalda təhlükə saçan köhnə liftlər - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Yeni Yasamal rayonu ərazisində yerləşən elə binalar var ki, onların liftləri təhlükəli vəziyyətdədir.

Bu barədə Xeber-ps.com-a adı çəkilən rayonun Dadaş Bünyatzadə, 8 ünvanında yaşayan sakinləri məlumat veriblər.

Qeyd olunub ki, istismar müddəti çoxdan bitmiş və hər an təhlükə yarada biləcək, doqquzmərtəbəli binaya xidmət göstərməli olan bu lift 20 ilə yaxındır eyni vəziyyətdədir. Tez-tez xarab olan liftin təmiri də bina sakinlərinin şəxsi hesabı ilə qarşılanır.

Məsələnin təhlükəli tərəfi odur ki, lift yalnız trosla işləyir və içinin aliminiumları oğurlanıb.

Dəfələrlə müraciət olunmasına baxmayaraq, liftin dəyişdirilməsi ilə bağlı hər hansı addım atılmır.

Video və şəkilləri təqdim edirik:

Əzizə İsmayılova

0.28926086425781