Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Xeber-ps.com-a məlumat verilib.

Bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər rayonu Qozlukörpü kəndi ərazisindən doqquz ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olunub. Bundan başqa rayonun Çələkdar kəndi ərazisində 16 ədəd “F-1” əl qumbarası, iki ədəd partlayıcı başlığı, iki ədəd “M-75” əl qumbarası, dörd ədəd avtomat darağı və çox sayda patron aşkar olunub.

Partlayıcı sursatlar təhlükəsizlik tədbirlər görülərək ərazidən götürülüb.

0.28770613670349