Paytaxtın mərkəzi prospektində zəncirvarı qəza: Üç avtomobil toqquşdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda, H.Əliyev prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Xeber-ps.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntü paylaşılıb.

Qeyd olunub ki, hadisə bu gün, saat 11:40-da üç avtomobilin toqquşması nəticəsində baş verib. Belə ki, BMW markalı avtomobil “Mitsubishi Pajero” markalı avtomobilə, sonuncu isə “Toyota LC Prado”ya çırpılıb, yekunda BMW markalı avtomobilə ciddi ziyan dəyib.

Hadisə nəticəsində xəsarət alanların olması ilə bağlı məlumat yoxdur.

Hadisəyə səbəb kimi yüksək sürət və ara məsafəsinin düzgün seçilməməsi göstərilir. 

Videonu təqdim edirik:

Əzizə İsmayılova

0.34061002731323