Hacıqabulda dəhşətli qəza: Xəsarət alanların adları AÇIQLANDI - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları məlum olub.

“Report”un məlumatına görə, hadisə zamanı dördü uşaq, dördü isə böyük olmaqla səkkiz nəfərin müxtəlif dərəcəli xəsarətlər alıb:

Kürdəmir rayon sakinləri Gülşən Vəlican qızı Teyyublu (1994-cü il təvəllüdlü), Niyaz Məmmədşah oğlu Teyyubov (1966-cı il təvəllüdlü), Şəfqət Əli oğlu Teyyubov (1970-ci il təvəllüdlü), Niyazi Rais oğlu Teyyubov (2023-cü il təvəllüdlü);

Qobu qəsəbə sakinləri Nazilə Ramin qızı Cəbrayılova (2013-cü il təvəllüdlü), Yazgül Niyaz qızı Cəbrayılova (1994-cü il təvəllüdlü) və Qobu sakinləri, 2015-ci il təvəllüdlü Amin Ramin oğlu Cəbrayılov, 2023-cü il təvəllüdlü Bünyamin Ramin oğlu Cəbrayılov.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistral yolunun Hacıqabuldan keçən hissəsində, körpü yaxınlığında qeydə alınıb.

14:40

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində, körpü yaxınlığında qeydə alınıb.

Hadisə zamanı dördü uşaq, dördü isə böyük olmaqla səkkiz nəfərin müxtəlif dərəcəli xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

0.32629418373108