Göyçayda maşın iki piyadanı vurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goyçayda yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, hadisə zamanı “Mercedes-Benz” markalı avtomobil iki piyadanı vurub.

Qəzada xəsarət alan 1978-ci il təvəllüdlü Könül Kərim qızı Mürsəlova və 1972-ci il təvəllüdlü Reyhane Mehdiyeva Goyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

0.35908985137939