ABŞ-də ögey anadan ŞOK ƏMƏL: Yeddi yaşlı oğluna işgəncələr verib, iztirablarını videoya çəkib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Texas ştatında qadın yeddi yaşlı ögey oğluna işgəncə verdiyinə görə 25 il həbs cəzası alıb.

25 yaşlı Miranda Kasares sevgilisinin oğluna qarşı zorakılıq etməkdə təqsirli bilinib.

Müstəntiqlər müəyyən ediblər ki, 2021-ci ildən gənc qadın mütəmadi olaraq yeddi yaşlı ögey oğlunu döyüb.

O, uşağı ac qoyub, onu sidik içməyə məcbur edib və acı sous yedirib. Qadın ögey oğlunun iztirablarını videoya çəkib.

Oğlan xəstəxanaya yerləşdirilib. O, atası tərəfindən ağır vəziyyətdə tibb müəssisəsinə gətirilib, uşağın çəkisi 12 kq olub. Həkimlərin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

İstintaq zamanı oğlanın ögey anası və atasına cinayət işi açılıb, qadın təqsirini boynuna almayıb.

Mənbə: Daily Mail

0.29508209228516