Fuad Əliyev: Milli Qəhrəmanımızın adına park salınsın və muzey açılsın

Siyasi ekspert, Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev jurnalist Milli Qəhrəman Çingiz Mustafayevlə bağlı təklif irəli sürüb.

Versus.Az həmin təklifi təqdim edib:

"Hörmətli dostlar, artıq 2020-ci il noyabrın 9-da Qarabağdan ancaq xoş xəbərlər gəlir. Qarabağda bərpa işləri gedir, Qarabağ öz gözəlliyini qaytarır. Bu 30 il ərzində Şəhidlərimiz olub. Allah Şəhidlərimizə rəhmət eləsin. Bütün Şəhidlər bizim üçün əzizdilər. Bu günlərdə sülhməramlıların çıxması və Azərbaycan əsgərin Xocalı aeroportunu nəzarətə götürdüyü xəbəri gəldi.

Xocalıda bərpa işləri sürətlə gedir. Təklif edərdim ki, 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunda həlak olmuş, Xocalı soyqırımını dünya ictimaiyyətinə ilk çatdıran jurnalist Milli Qəhrəmanımız Çingiz Mustafayevin Xocalıda adına park salınsın və muzey açılsın. Ümid edirəm ki, bu təklif cəmiyyətdə müsbət qarşılanacaq, dəstək alaraq həyata keçəcək".

0.37315988540649