“Real Madrid” La Liqada “Real Sosyedad”ı məğlub etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya La Liqasının 33-cü turunun “Real Sosyedad” və “Real Madrid” komandalarının qarşılaşdığı matç başa çatıb.

Xeber-ps.com xəbər verir ki, oyun San Sebastiandakı “Reale Arena”da baş tutub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

30-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Arda Güler ​​qarşılaşmada hesabı açıb. 33-cü dəqiqədə “Real Sosyedad”ın hücumçusu Takefusa Kubo qol vurub, lakin VAR-ın yoxlamasından sonra hücumda fol qeydə alındığı üçün qol hesablanmayıb.

Qeyd edək ki, İspaniya çempionatının 33 turundan sonra “Real Sosyedad”ın 51 xalı var və altıncı yerdədir. Eyni sayda oyundan sonra “qaymaqlılar” 84 xal toplayıb və birinci yerdədirlər.

 

0.36667990684509