Bakıda qəza: Xəsarət alan var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Qaradağ rayonunda 47 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

1977-ci il təvəllüdlü Rasim Əliağa oğlu Abdullayevin idarə etdiyi motosiklet minik avtomobili ilə toqquşub.

Hadisə zamanı xəsarət alan R.Abdullayev təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

0.33671593666077