Rusiya ərazisində polislə silahlılar arasında atışma olub: Ölən və yaralananlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Qaraçay-Çərkəz Respublikasında Yol Patrul Xidmətinin əməkdaşlarına silahlıların hücumu nəticəsində ikisi polis, beşi yaraqlı olmaqla yeddi nəfər ölüb, dörd asayiş keşikçisi yaralanıb.

Məlumata görə, aprelin 29-da gecə saatlarında VAZ-2109 markalı maşından müvəqqəti polis postu istiqamətində partlayıcı atdıqdan sonra avtomatik silahdan atəş açmağa başlayıblar.

Qeyd edək ki, hadisə yerindən əldəqayırma bomba aşkarlanıb.

Mənbə: interfax

0.43246698379517