Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib.

“Olay” xəbər verir ki, sənətçi bu gün vəfat edib.

O, qaraciyər xərçəngindən əziyyət çəkirdi.

Qeyd edək ki, Züleyxa Rəhimi 1937-ci ildə anadan olub. 13 yaşında Suraxanıda yerləşən mədəniyyət evində solist olub. 1969-cü ildə Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra ailə həyatı qurub. Oğlunun iki yaşı olanda, o, həyat yoldaşından boşanıb.

Rəhimi “Qubanın ağ alması”, “Gəlmə gəlmə” kimi mahnılarıyla məşhurdur.

0.3790328502655