Türkiyədə daxili aviabiletlər bahalaşıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə hakimiyyəti ölkədaxili aviabiletlərin maksimal qiymət səviyyəsini dəyişərək, bir tərəfə 3250 lirəyə (100 dollar) qaldırıb.

Jurnalistlərin sözlərinə görə, daxili aviabiletlər üçün ən yüksək qiymət sonuncu dəfə 2023-cü ilin avqustunda olub. Daha sonra ölkə rəhbərliyi bu cür biletlərin qiymətinin bir tərəfə 2500 lirədən (o vaxtkı məzənnə ilə təxminən 92,5 dollar) çox olmamasına sərəncam verib.

“Mülki Aviasiya Baş İdarəsi ölkə daxilində birtərəfli hava səyahətləri üçün yeni qiymət həddi - 3250 lirə təyin edib”, - deyə məlumatda bildirilib.

“Turkish Airlines” aviaşirkəti artıq tarifləri səlahiyyətlilərin tələblərinə uyğun olaraq tənzimləyib. Xüsusilə, indi İstanbuldan Antalyaya təyyarə biletinin qiyməti ən azı 2500 lirədir. Eyni zamanda, sərnişinin əl yükü və çəkisi 15 kq-a qədər olan baqaj götürmək imkanı var.

“Pegasus” aviaşirkətində də vəziyyət eynidir. Onun Antalyaya daxili reyslərə biletləri də ən azı 2500 lirəyə başa gəlir.

Mənbə: Haber Global

0.49551105499268