Ermənistanda kazarmada ölən əsgərlərin qohumları: “Yanğına inanmırıq, onlara nəsə edilib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Zəngəzur (Qeqarkunik) rayonunda kazarmada baş verən yanğın nəticəsində həlak olan əsgərlərin yaxınları İrəvanın Respublika meydanında etiraz aksiyası keçiriblər. Onlar hökumətdən insidentlə bağlı obyektiv araşdırma aparmağı tələb ediblər.

“Biz baş verənlərlə bağlı rəsmi versiyaya inanmırıq, onlar bu problemi həll etməsələr, biz başqa tədbirlər görəcəyik”, - deyə ölən hərbçilərdən birinin qohumu bildirib.

“Necə oldu ki, yanğın zamanı 15 uşaq yanıb, bir nəfər də çölə çıxa bilməyib, bu o deməkdir ki, onlara nəsə edilib”, - deyə aksiyanın digər iştirakçısı vurğulayıb.

Məhkəmədə zərərçəkmişlərin maraqlarını təmsil edən vəkil Norayr Norikyan jurnalistlərə bildirib ki, bir sıra açıqlanmayan hallar olduğu üçün istintaq hələ də davam edir.

Xatırladaq ki, 2023-cü il yanvarın 19-na keçən gecə 15 hərbçi ölüb, daha üç hərbçi yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib. İstintaq Komitəsinin məlumatına görə, hadisəyə səbəb istilik üçün benzindən istifadə edilməsi olub. Faciədən sonra beş yüksəkrütbəli hərbçi tutduqları . Yanğınla bağlı “Silah, döyüş sursatı, hərbi texnika və ya digər hərbi əmlakla davranış qaydalarını pozmanın ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda” və “səhlənkarlıq insan ölümünə səbəb olduqda” maddələri ilə cinayət işi açılıb.

0.35995697975159