İstanbulda qaçaqmalçılığa qarşı əməliyyat keçirilib: Yüzlərlə ekzotik heyvan ələ keçirilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbul polisinin müxtəlif tarixlərdə keçirdiyi qaçaqmalçılıq əməliyyatında ticarəti qadağan edilən 565 baş ekzotik heyvan ələ keçirilib, 36 şübhəli yaxalanıb. Məlumata görə, ələ keçirilənlər arasında körpə timsah, meymun və ilan kimi ekzotik heyvanlar da var.

Qeyd edək ki, bu əməliyyat İstanbul Təhlükəsizlik Müdirliyi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi qrupları nəsli kəsilməkdə olan və ticarəti qadağan edilən diri heyvanların ticarəti ilə bağlı geniş miqyaslı araşdırma apararaq, qanuna qarşı çıxanlara qarşı keçirib.

Mənbə: iha.com

0.36641621589661