Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın bir neçə şəhərində güclü qar yağıb.

Bu barədə Rusiyanın “Rosseti Ural” elektrik şəbəkəsi şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sverdlovsk vilayətinə yağan qar səbəbindən regionun bir neçə şəhəri işıqsız qalıb.

Revdinski, Deqtyarski, Sısertski, Nijneserqinski şəhər dairələrində, eləcə də Yekaterinburqun qərbində yerləşən şəhərətrafı yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi üçün bərpa işləri davam etdirilir.

Perm-Yekaterinburq magistralında çoxkilometrlik tıxac yaranıb. Yekaterinburqda mayın 4-də baş tutmalı olan Qələbə paradının məşqi ləğv edilib.

Qar səbəbindən sərnişin qatarlarında da gecikmələr müşahidə olunur.

Mənbə: Meduza.io

0.39842796325684