Mikayıl Cabbarovdan Xalçaçı Günü ilə bağlı paylaşım - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızın tarixini, mənəvi dəyərlərini və ənənələrini əks etdirir”.

Xeber-ps.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında yazıb.

O, Xalçaçı Günü münasibətilə bu sənət sahiblərinə təbriklərini ünvanlayıb:

“Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir. Xalçaçı Günü münasibətilə bu dəyərli sənət sahiblərinə təbriklərimizi çatdırır, firavanlıq və işlərində uğurlar arzulayırıq”.

 

0.36407208442688