Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Baş Qərargahı Cənub dairəsinin raket birləşmələri ilə təlimlərin keçirilməsi üçün hazırlıqlara başlayıb və təlimlərə aviasiya və hərbi-dəniz qüvvələri cəlb ediləcək.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanının tapşırığına əsasən, qeyri-strateji nüvə qüvvələrinin döyüş tapşırıqlarını yerinə yetirməsi üzrə hazırlığını artırmaq məqsədilə Baş Qərargah yaxın vaxtlarda təlimlərin keçirilməsi hazırlıqlarına başlayıb. Cənub Hərbi Dairəsinin raket birləşmələri ilə təlimlərə aviasiya, eləcə də hərbi-dəniz qüvvələrinin cəlb edilməsi nəzərdə tutulub”, - deyə məlumatda bildirilib.

Rusiya Müdafiə Nazirliyindən qeyd edilib ki, təlim zamanı qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsi məsələlərinin praktiki sınaqdan keçirilməsi üzrə bir sıra tədbirlər baş tutacaq.

Müdafiə Nazirliyindən, həmçinin bildirilib ki, təlimlər eyni zamanda ayrı-ayrı Qərb rəsmilərinin təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab xarakteri daşıyır.

Mənbə: TASS

0.42207407951355