Mayın 8-də geomaqnit qasırğası gözlənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Günəş küləyinin sürətinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının (YTDA) və tac kütlə atılmalarının (TKA) təsiri ilə artacağı gözlənilir.

Xeber-ps.com xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. 

Məlumatda qeyd edilib ki, geomaqnit sahəsinin YTDA-nın və TKA-nın təsiri ilə aktivliyin edəcəyi gözlənilir.

Bildirilib ki, mayın 5-də baş vermiş TKA və YTDA-nın birgə təsiri nəticəsində mayın 8-də yenidən G1 səviyyəli geomaqnit qasırğası olması ehtimalı var.

0.50208806991577