Ulduz futbolçular gizli görüş keçiriblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona” və PSJ-nin ulduz futbolçuları gizli görüş keçiriblər.

Məlumata görə, “Barselona”nın hücumçusu Robert Levandovski və PSJ-nin ulduz futbolçusu Kilian Mbappe bir araya gəliblər.

İspaniya mediası Levandovski və Mbappenin fransalının PSJ-də qalması ilə bağlı gizli görüşdüyü bildirib.

Qeyd edək ki, polşalı ulduz media nümayəndələrinə açıqlamasında Mbappe ilə görüşdüyünü etiraf edib.

Mənbə: sportbild.bild.de

0.42725205421448