Qəbələdə subasma zamanı iki azyaşlı köməksiz vəziyyətdə qaldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələdə subasma zamanı köməksiz vəziyyətdə qalmış iki azyaşlı təxliyə edilib.

Xeber-ps.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Bunud kəndində intensiv yağıntılar səbəbindən ərazinin subasmaya məruz qalması nəticəsində fərdi yaşayış evində iki azyaşlının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qrupu cəlb olunub.

Xilasedicilər tərəfindən köməksiz vəziyyətdə qalan azyaşlılar təhlükəsiz əraziyə təxliyə ediliblər.

Həmin görüntüləri təqdim edirik:

0.37765288352966