Ötən gün vətəndaşlardan dörd silah götürülüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polis əməkdaşları ötən gün vətəndaşlardan dörd silah götürüblər.

Bu barədə Xeber-ps.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir avtomat silah, üç tüfəng, iki patron darağı və 39 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmçinin mayın 8-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan bir avtomat silahı, iki tüfəng, bir patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.

0.33322215080261