Braziliyada daşqınlar nəticəsində evsiz qalan insanların sayı açıqlanıb - FOTO/VIDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliyada təbii fəlakətlər səbəbindən 325 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb, bundan əlavə, daşqın nəticəsində ölənlərin sayı 107 nəfərə yüksəlib.

Bu barədə Rio-Qrandi-du-Sul ştatının mülki müdafiə xidməti məlumat yayıb.

Məlumatda, həmçinin qeyd olunub ki, ümumilikdə 1 milyon 742 min 969 nəfər daşqınlardan zərər çəkib, 734 nəfər yaralanıb, 134 nəfər itkin düşüb.

Mənbə: Defesacivil.rs.gov.br

0.35609698295593