Portuqaliya millisi Avropa Çempionatına 39 yaşlı Ronaldu ilə gedir

Roberto Martinezin rəhbərlik etdiyi Portuqaliya millisinin məşqçilər korpusu 2024-cü il Avropa çempionatında iştirak edənlərin adlarını açıqlayıb.

Siyahıda Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun 39 yaşlı hücumçusu Kriştianu Ronaldu da yer alıb.

Qeyd edək ki, 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Portuqaliya Türkiyə, Gürcüstan və Çexiya milliləri ilə birlikdə "F" qrupunda mübarizə aparacaq. Portuqaliyalılar ilk oyununu iyunun 18-də çexlərə qarşı keçirəcəklər.

Mənbə: Gazeta.ru

0.31856608390808