67-ci Qremmi Mükafatlarının təqdimat tarixi bəlli oldu

Növbəti Qremmi Mükafatlarının təqdimetmə mərasimi 2 fevral 2025-ci ildə Los-Ancelesdə keçiriləcək.

Bu barədə mükafatı təqdim edən ABŞ Milli Səsyazma İncəsənəti və Texnologiyası Akademiyası məlumat yayıb.

Məlumata görə, mükafata namizədlərin adları noyabrın 8-də açıqlanacaq. Səsvermə 2025-ci il yanvarın 3-dək davam edəcək. 16 sentyabr 2023-cü il və 30 avqust 2024-cü il tarixləri arasında yayımlanan musiqi əsərləri mükafata müraciət edə bilər.

Qeyd edək ki, mükafatın ideyası 1950-ci illərin ortalarında ABŞ Səsyazma Sənayesi Assosiasiyası tərəfindən irəli sürülüb. 1958-ci ildə bu təşkilat Qremmi ("qrammofon" sözündən) adlı mükafat təsis edib. Mükafat kiçik qızılı qrammofon formasındadır.

Mənbə: TASS

0.38270497322083