Yaponiyada məşhur Fuji dağını turistlərə göstərməyəcəklər

Yaponiyanın Fujikavaqutiko şəhər rəsmiləri məşhur turistik obyekt sayılan Fuji dağının mənzərələrini görməyə maneə törədən qoruyucu qara ekran quraşdırıblar. Belə ki, yerli sakinlər və iş adamları bu dağı görmək üçün gələn turistlərin sıxlıq yaratmasından dəfələrlə şikayət ediblər.

Məlumata görə, "Lawson" mağazasının qarşısında hündürlüyü 2,5, uzunluğu 20 metr olan qara parçadan hazırlanmış qoruyucu ekran quraşdırılıb. Quraşdırma işləri çərşənbə axşamı başa çatıb.

Xarici turistlərin cəlb edilməsi Yaponiya hakimiyyətinin əsas məqsədlərindən biridir. Lakin xaricdən gələn ziyarətçilərin sayı son aylarda rekord sürətlə artır və bəzi ərazilər həddindən artıq turist axını ilə üzləşir.

Mənbə: TASS

0.29660606384277