Müstəqil Həmkarlar Birliyi: Bu ailəyə dəstək olaq

Vətəndaş Natiq Məmmədov Müstəqil Həmkarlar Birliyinə  müraciət edib. Birliyin Mətbuat Xidmətinin məlumatına görə, vətəndaş Natiq Məmmədovun ailəsində, 2024-cü il tarixində, mayın 10-da dördəmlər dünyaya gəlib. Bu xəbəri sevinclə qarşılıyan valideyinlər Suraxanı rayon  İcra Hakimiyyətinə müraciət edərək uşaqların sosial problemlərin həlli ilə bağlı köməklik istəyiblər.

 Təəssüf ki Suraxanı rayon İcra Hakimiyyəti ailənin bu sevincinə dəstək vermədi. Ev şəraiti və sosial problemlərlə üzləşən, əlacsız qalan vətəndaş Natiq Məmmədov Müstəqil Həmkarlar Birliyinə müraciət etdi. Müstəqil Həmkarlar Birliyi öz növbəsində bütün lazımı sənədləri toplıyaraq müvafiq dövlət təşkilatlara göndərdi. Müstəqil Həmkarlar Birliyi dövlət təşkilatlarına, özəl şirkətlərə, iş adamlara Məmmədovlar ailəsinin sevincinə dəstək etməsini xahiş edir. Köməklik etmək istiyənlər birbaşa Natiq Məmmədovla əlagə saxlıya bilər. Tel.: +994558446292

0.12704682350159