Qələbə sevinci məhdudiyyət tanımır - VİDEO

Şuşa şəhərinin işğaldan azad edilməsi xəbəri Azərbaycan xalqında böyük sevinc hissi yaradıb.

Təsadüfi deyil ki, zəfər xəbərini duyan cəmiyyətin hər kəsimindən olan şəxslər bunun bayram ab-havasında qeyd etmək üçün istər paytaxt Bakıda, istərsə də bölgələrdə küçələrə axışdılar, müxtəlif nümayişlər, aksiyalar və yürüşlərlə sevinclərini büruzə verdilər.

Şuşa şəhərinin işğaldan azad olunması o qədər böyük sevinc yaradıb ki, hətta fiziki məhdudiyyətli şəxslər də bu bayramdan kənarda qalmaq istəmirlər.

Ötən gün Bakı küçələrində qeydə alınan görüntülərdəki kimi. Fiziki məhdudiyyəti olan və əlil arabasında hərəkət edən vətəndaşlarımız bayram sevincini avtomobillərlə birlikdə qeyd edir.

Gözəl və duyğulu görüntüləri siz də izləyin:

0.46830892562866