Yevlaxda Şuşa sevinci - VİDEO

Şuşanın işğaldan azad olunması ölkənin hər yerində bayram əhval ruhiyyəsində qeyd edilib. Ali baş komandan qələbə xəbərini elan edəndən sonra insanlar küçələrə çıxıb qələbəni qeyd ediblər. 

Baku TV xəbər verir ki, Yevlax rayonunda da sakinlər əllərində bayraqlarla gecə saatlarında şəhərin mərkəzi küçəsi ilə yürüş ediblər. İnsanların sevinci, qələbə əhval-ruhiyyəsi möhtəşəm abu-hava yaradıb. 

Sakinlər “Qarabağ Azərbaycandır”, “Qələbə bizimdir” şüarı ilə uzun məsafəni qət ediblər. 

Rahim Məmmədov 
Vüqar Ağayev

0.40231680870056