"Real Madrid" yeni Klublararası Dünya Çempionatında iştirakdan imtina edəcək

İspaniyanın "Real Madrid" klubu 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında iştirakdan imtina edəcək.

Məlumata görə, daha öncə 7 komanda ilə keçirilən turnirdə komanda sayı 32-yə yüksəldiləcək. Yeni formata 2025-ci ildən etibarən start veriləcək və turnir bir ay ərzində keçiriləcək.

"Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti isə yeni klublararası dünya çempionatı haqqında açıqlama verib:

"FIFA unudur ki, klublar və oyunçular bu turnirdə iştirak etməyəcəklər. Bir "Real Madrid" matçı 20 milyon avroya başa gəlir və onlar bir oyun üçün yox, bir ay ərzində keçiriləcək bütün görüşlərin yekunu üçün bizə bu məbləği vermək istəyirlər. "Real Madrid" də digər klublar kimi dəvətdən imtina edəcək".

Qeyd edək ki, 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatı Amerika Birləşmiş Ştatlarında baş tutacaq. Turnir iyunun 15-də başlayacaq və təxminən bir ay davam edəcək.

Xatırladaq ki, 2023-cü ildə keçirilən klublararası dünya çempionatının qalibi finalda Braziliyanın "Fluminense" klubunu 4:0 hesabı ilə məğlub edən İngiltərənin "Mançester Siti" komandası olmuşdu.

Mənbə: championat.com

0.37398290634155