Özbəkistan Prezidenti Azərbaycanın mədəniyyət nazirini qəbul edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev münasibətilə ölkədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimlini qəbul edib.

Görüşün əvvəlində Adil Kərimli Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.

Söhbət əsnasında Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin, o cümlədən humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Şavkat Mirziyoyev son illər mədəni mübadilənin intensivləşdiyini böyük məmnunluqla qeyd edib.

Mənbə: uzdaily.uz

0.33194398880005