AVRO-2024-ün açılış oyunu üçün hakim təyinatları

Almaniya və Şotlandiya milliləri arasında keçiriləcək Avropa çempionatının açılış oyununun hakimləri bəlli olub.

Məlumata görə, qarşılaşmanı FIFA referisi Klement Turpin idarə edəcək.

Ona Nikolas Danos və Benjamin Pajes yardımçı olacaq. Fransua Leteksye dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Jerom Brisard əyləşəcək. Onun köməkçiləri Villi Delajo və Massimiliano İrrati olacaq.

Qeyd edək ki, iyunun 14-də baş tutacaq Almaniya - Şotlandiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. AVRO-2024-ə iyulun 14-də yekun vurulacaq.

Mənbə: UEFA.com

0.33383679389954