İrəvanda etirazçılarla polis arasında toqquşmalar başladı: Parlament binasına girməyə çalışırlar

İrəvanda vəziyyət kəskinləşir.

Ermənistan parlamentinin binası yaxınlığında izdiham yaranıb. Etirazçılarla polis qüvvələri arasında toqquşmalar başlayıb.

Bununla bağlı "Telegram"ın Ermənistan seqmentində videogörüntülər yayılıb.

Etirazçılar parlament binasına girməyə cəhd edirlər.

"Vətən naminə Tavuş" hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Srbazan Nikol Paşinyanın parlament binasını tərk edə bilməməsi üçün binaya giriş və çıxışı bağlamağa çağırıb.

Etirazçılar polisə qarşı butulkalar atmağa başlayıblar. Polis aksiya iştirakçılarına xəbərdarlıq edib ki, hüquq-mühafizə orqanlarının qanuni tələbini pozmağa çalışmasınlar, əks halda bütün qanuni tədbirlər görüləcəyini bildiriblər. Polis həmçinin qadın və uşaqları ərazini tərk etməyə çağırıb.

0.36132597923279