İsrail Livanın cənubunda əməliyyat keçirə bilər

İsrail iyulun ikinci yarısında Livanın cənubunda "Hizbullah"a qarşı quru əməliyyatına başlaya bilər.

Bu barədə "Bild" qəzeti diplomatik dairələrdəki mənbələrə istinadən məlumat verib.

Bildirilib ki, İsrail iyulun üçüncü və ya dördüncü həftəsində quru əməliyyatına başlayacaq.

Nəşr xatırladıb ki, bir neçə ölkə bundan əvvəl öz vətəndaşlarını Livanı dərhal tərk etməyə çağırıb.

"Biz vəziyyətin daha da gərginləşməsini və münaqişənin genişlənməsini istisna edə bilmərik", - deyə Almaniya Xarici İşlər Nazirliyi xüsusilə qeyd edib.

0.1998610496521