Türkiyədə iki nazir istefa verib – Yeni təyinatlar olub

Türkiyənin səhiyyə naziri Fahrettin Koca və ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki vəzifələrindən istefa veriblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən istefaları qəbul edilən Fahrettin Kocanın yerinə İstanbul vilayəti üzrə səhiyyə müdiri professor Kamal Memişoğlu, səhhəti ilə bağlı problemlərə görə vəzifədən azad olunmasını istəyən və tələbi qəbul edilən Mehmet Özhasekinin yerinə isə Murat Kurum təyin ediliblər.

Təyinat qərarları Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə "Resmi Gazete"də dərc edilib.

0.31126594543457