Fuad Əliyev: Müəyyən mərhələni keçəndən sonra, biz digər təşkilatlarla danışıqlara gedəcəyik

Prezidentliyə keçmiş namizəd, Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev növbədənkənar parlament seçkilərin keçirilməsi ilə əlaqədar Azreform.info-ya açıqlama verib.

 

Fuad Əliyevin sözlərinə görə, bir neçə amil növbədənkənar parlament seçkilərinin keçirilməsinə əsas verir:

 

“Əsaslardan biri COP29 tədbirin Azərbaycanda keçirilməsidir. Azərbaycan Konstitusiyasına görə, parlament seçkiləri noyabr ayında keçirilməli idi. Seçkilərin 2025-ci ildə keçirilməsi Konstitusiyaya zidd olardı. Amma COP29 tədbiri nəzərə alıb seçkiləri qabağa çəkmək heç bir ziddiyyət təşkil etmir.

Parlament çoxluğu təşkil edən YAP bu hüquqdan istifadə edərək, təşəbbüs irəli sürərək, Prezidentə müraciət edib. Bu çox düzgün və yeganə qanuni qərardı. Hesab edirəm ki, növbədənkənar parlament və ilin sonunda bələdiyyə seçkiləri, prezident seçkiləri kimi Azərbaycan tarixində qalacaq. Bu iki seçki prezident seçkiləri kimi, Azərbaycanın bütün ərazilərində keçiriləcək”.

 

Hakim partiya bəzi dairələrdə müstəqil namizədləri dəstəkləyəcək bəyanatına və bununla bağlı “Onlarla danışıqlara gedəcəksizmi” suala Fuad Əliyev belə cavab verib:

“Müstəqil Həmkarlar Birliyini üzvləri seçkilərdə fərdi şəkildə, müstəqil namizəd kimi iştrak edəcəklər. Artıq namizədlərin siyahısı dəqiqləşdirilib. YAP və yaxud digər partiyaların dəstəyinə gəlincə, biz bu danışıqların tərəfdarıyıq. Proses indi başılanıb. Müəyyən mərhələni keçəndən sonra, biz digər təşkilatlarla danışıqlara gedəcəyik”.

0.36423301696777