Tusk: "ABŞ-nin Avropa üzərində hökmranlığı başa çatdı"

"ABŞ-də keçirilən prezident seçkisinin nəticəsindən asılı olmayaraq, Vaşinqtonun Avropada geosiyasi dominantlığı dövrü başa çatıb".

Xeber-ps.com TASS-a istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.

"Harris, yoxsa Tramp? Bəziləri iddia edirlər ki, Avropanın gələcəyi ABŞ-dəki seçkidən asılıdır, amma ilk növbədə bu, bizdən asılıdır. Bir şərtlə ki, Avropa nəhayət yetkinləşsin və özünə inansın. Nəticə nə olursa olsun, geosiyasi hökmranlıq dövrü bitdi", - Tusk "X"də (əvvəllər "Twitter") yazıb.

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkisi noyabrın 5-də keçiriləcək. Respublikaçıları keçmiş dövlət başçısı Donald Tramp, demokratları isə hazırkı vitse-prezident Kamala Harris təmsil edəcək.

0.094671964645386