Uşağın mədəsindən yüzdən çox maqnit kürə çıxdı

Vladivostokdakı (Rusiya) 1 saylı Regional Uşaq Xəstəxanasının əməkdaşları üç yaşlı uşağın mədəsindən bir-birinə yapışan 101 maqnit kürə çıxarıblar.

Xeber-ps.com xəbər verir ki, bu barədə TASS-a regional Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Yardım 1 saylı Regional Uşaq Xəstəxanası tərəfindən göstərilib. Uşaq tam qaydasındadır. Cərrahi müdaxilə olmasaydı, kürələr mədə boyunca sərbəst hərəkət edə və yolları tıxaya bilərdi", - məlumatda bildirilib.

Qeyd olunub ki, maqnitləri bir neçə mərhələdə çıxarmaq lazım gəlib.

0.079303026199341