Yarmarkalar yenidən fəaliyyətə başladı: Qiymətlər münasibdirmi? - REPORTAJ + FOTO

Bu gün “Kənddən Şəhərə” yarmarkasının açılışı oldu. Yarmarkada 30-dan çox rayon üzrə 100-dən artıq fermer iştirak edir və 50-yə yaxın çeşiddə məhsul çatışa çıxarılıb. Yarmarkada demək olar ki, hər çeşid məhsula rast gəlmək mümkündür.

Fermerlər bildirir ki, eyni məhsulun müxtəlif qiymətlərlə təqdim edilməsi keyfiyyət və istehsal prosesinə görədir. Qiymət isə təklifə əsasən təyin edilir. Yəni, yarmarkanın davam etdiyi müddətdə qiymətlərdə endirimlər də ola bilər. 

Yarmarkada mütəmadi iştirak edənlərlə yanaşı, məhsullarını birinci dəfə burada satanlar da var idi.

Aqrar Tədarük və Təchicat ASC-nin mətbuat katibi Mayis Musayev səhər saatları və həftə içi olduğundan müştərilərin az nəzərə çarpdığı deyir, lakin növbəti günlərdə daha çox adamın marağı gözləniləndir.

O bildirir ki, yarmarka başa çatdıqdan sonra satış həcmi haqqında yekun məlumat olur. Pandemiyadan əvvəl və sonra keçirilən yarmarkaları müqayisə edən Mayis Musayev daha Yeni il yarmarkasında müştərilərin sayının heç də az olmadığını bildirib.   

Müştərilər nə deyir?

Alıcılardan Zeynəb İsmayılovanın sözlərinə görə, yarmarka ilə market qiymətləri arasında cüzi fərq var. Bəzi məhsullar isə həm yarmarkada, həm də marketlərdə eyni qiymətlərlə təklif edilir. O düşünür ki, burada məhsulun keyfiyyəti böyük ehtimalla daha yaxşı ola bilər. Zeynəb xanım məhsulların, xüsusilə də meyvə və tərəvəzlərin xarici görünüşünün marketlərdəkindən çox da fərqlənmədiyini deyir.

Yarmarka iştirakçıları alıcı marağından razıdır?

Fermer İlkin Məmmədlinin sözlərinə görə, pandemiya vaxtı keçirilən yarmarkalarda insanların sayı xeyli azdır.

O, alıcılıq qabiliyyətinin də aşağı düşdüyünü deyir:

“Mart ayından başlayan pandemiya şəraitində hər bayramda 180-200 kiloqram qoz ləpəsi satılırdısa, ötən Novruz bayramında 40-50 kiloqrama qədər satış baş tutub. Demək olar ki, məhsulun dörddə bir hissəsi satılmır”.

Gələk qiymətlərə...

Yarmarkada ən çox rast gəldiyimiz məhsul çeşidi quru meyvələr və çərəzlər oldu. Qiymətlər isə aşağıdakı kimidir:

Quru meyvələr

Ərik qurusu - 6,50 - 15 manat arası (1 kiloqram);

Sarı kişmiş - 6 - 14 manat arası (1 kiloqram);

Qara kişmiş - 7-14 manat arası (1 kiloqram);

Gavalı qurusu - 5 - 7,50 manat arası (1 kiloqram);

Alma qurusu  - 4 manat (1 kiloqram);

Əncir qurusu - 15 manat (1 kiloqram);

Alça qurusu - 4,50 - 5 manat arası (1 kiloqram);

Zoğal qurusu - 10 manat (1 kiloqram);

Çərəzlər 

Qoz ləpəsi - 8 - 17 manat arası (1 kiloqram);

Fındıq ləpəsi - 14,50 - 17 manat arası (1 kiloqram);

Təmizlənməmiş fındıq - 6,50 manatdan başlayaq (1 kiloqram);

Təmizlənməmiş qoz - 5 manatdan başlayaraq (1 kiloqram);

Badam - 22 manat (1 kiloqram);

Püstə - 22 - 25 manat arası (1 kiloqram);

Ləbləbi - 6 manat (1 kiloqram);

İydə - 5 manat (1 kiloqram).

Meyvələr 

Alma - 0,50 - 2 manat arası (1 kiloqram);

Nar - 1,60 - 2,30 manat arası (1 kiloqram);

Portağal - 2,50 manat (1 kiloqram);

Mandarin - 2 - 2,50 manat arası (1 kiloqram);

Heyva - 1,50 manat (1 kiloqram);

Armud - 3,50 manat (1 kiloqram);

Kivi - 2,40 manat (1 kiloqram);

Üzüm - 2 - 3 manat arası (1 kiloqram);

Xurma - 5 - 7 manat arası (1 kiloqram);

Limon - 0,25 - 0,50 manat arası (1 ədəd);

Kök - 0,70 - 1 manat arası (1 kiloqram);

Çuğundur - 1 manat (1 kiloqram);

Tərəvəzlər 

Kartof - 0,60 qəpikdən başlayaraq (1 kiloqram);

Soğan - 0,70 qəpikdən başlayaraq (1 kiloqram);

Bibər - 3 manat (1 kiloqram);

Pomidor - 1,20 - 1,50 manat arası (1 kiloqram);

Xiyar - 2,50 - 3 manat arası (1 kiloqram);

Badımcan - 2 manat (1 kiloqram);

Brokoli - 2 manat (1 kiloqram);

Gül kələmi - 1 manat (1 kiloqram);

Göyərti - 7 ədədi 1 manat;

Kələm - 0,30 - 0,50 manat arası (1 kiloqram);

Turşular - 2 - 7 manat arası (1 kiloqram);

Balıqlar

Çay və dəniz sazanı - 8 manat (1 kiloqram);

Farel - 11 - 13 manat (1 kiloqram);

Xanı - 7 manat (1 kiloqram);

Belamor - 8 - 9 manat (1 kiloqram);

Sudak - 8 - 10 manat (1 kiloqram);

Kefal - 9 manat (1 kiloqram);

Xəşəm - 10 manat (1 kiloqram);

Ət məhsulları 

Toyuq - ədədlə və kiloqramla 6 manat;

Çolpa - ədədlə 5 manat, kiloqramla 5-6 manat arası;

Hind toyuğu - 11-14 manat (1 kiloqram);

Qaz əti - 10 manat (1 kiloqram);

Quzu əti - 13 manat (1 kiloqram);

Mal əti - 10 manat (1 kiloqram).   

Süd məhsulları

Pendir məhsulları - 3 - 10 manat arası (1 kiloqram);

Qaymaq - 7 manat (1 kiloqram);

Yağ - 10 - 15 manat arası (1 kiloqram);

Qatıq - 3 manat (1 kiloqram).

Digər məhsullardan yumurta 25 ilə 30 qəpik arası, doşab bir litr üçün 4 manat ilə 10 manat arası və yarmarkanın diqqətçəkən əsas məhsullarından biri olan bal bir kiloqram üçün 20-30 manat arası satılır.

Nigar Məmmədova
FOTO: Ramil Yunus

0.35245013237