Acun İlıcalının keçmiş həyat yoldaşı barədə iddia: Burnu qopub

Bir müddət əvvəl burnunu estetik əməliyyat edən türkiyəli məşhur bloqer Şeyma Subaşı barədə yeni söz-söhbət yayılıb.

“HaberTürk” məlumat verir ki, misirli Mohammed Əl Sallosi ilə eşq yaşayan 30 yaşlı məşhurun burnunun əyri olması izləyicilərin diqqətindən yayınmayıb.

Üç milyondan çox izləyicisi olan, sosial şəbəkələrdə aktivliyi ilə seçilən Subaşının bir həftədir paylaşım etməməsi onun estetik əməliyyatlar nəticəsində xəstəxanalıq olması barədə xəbərləri gündəmə gətirib.

İddiaya görə, estetik əməliyyatdan sonra burnu qopan Subaşı ayağa qalxa bilir və yataq şəraitində müalicə alır.

0.33231401443481