Şeron Stounun bədən quruluşunu ondan xəbərsiz dəyişdilər - FOTO

Hollivud ulduzu Şeron Stounun bədənindəki şişləri götürdükdən sonra onda sinə böyütmə əməliyyatı edilib.

“People” xəbər verir ki, bu əməliyyat onun icazəsi olmadan həyata keçirilib.

Həkimlər 2001-ci ildə onun sinəsindən iri xoşxassəli şiş çıxarıblar.

Əməliyyatdan sonra aktrisa sinə implantının planlaşdırılandan daha böyük olduğunu görüb.

“Bədənim mənim xəbərim və razılığım olmadan dəyişdirilib”, - deyə məşhur bildirib.

Əməliyyatı edən cərrah deyib ki, bu ölçüdə sinə onun bədəninə daha uyğundur.

0.39580202102661