Elmar Məmmədov: “Fransada əlcəzair şəhidlərinin kəllə sümüklərini nümayiş etdirməkdir sizin humanistliyiniz?”

“Bakıda Hərbi Qənimətlər Parkının açılışı xaricdə birmənalı qarşılanmadı. Avropa parlamenti muzeyin bağlanması tələbi ilə çıxış etdi. Bu da dünya azərbaycanlıların hiddətinə səbəb oldu”.

Bu məsələ ilə bağlı Azərbaycan – Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov öz mövqeyini bölüşüb:

“Hərbi Qənimətlər Parkı Azərbaycanın nə qədər güclü və düşmənə çox qısa bir müddətdə qalib gələn ölkə olduğunu sübutudur. Bu zəfəri ilə Azərbaycan bütün dünya ictimaiyyətini şoka saldı. Bəli, Cənubi Qafqazda Azərbaycan güclü bir ölkə olduğunu təsdiqlədi və dünya siyasət arenasında da layiqli yerini möhkəmləndirdi. Bəzi parlament üzvlərinin fikri kimi maraqlandırır ki? Əgər bu fikir Avropa ölkələrinin rəsmi fikri deyilsə…”

Elmar Məmmədov əlavə edib ki, onlar bu muzeyi qəddarlıq simvolu adlandırırlar:

“Onda bir sualıma cavab verin: Daxauda əsirlərinin muzeyi, həqiqi eksponatlarla qəddarlıq simvolu deyil? O vaxt alman faşistlərinin günahsız insanlara qarşı törətdikləri vəhşiliklərin sübutudur. Keçən il Əlcəzair tarixçisi avropa muzeylərinin ekspozisiyalarını araşdıranda “l`Homme on Place du Trocader” muzeyində 60 nəfərin kəllə sümüyünün eksponat kimi təqdim olunduğunu kəşf etmişdi. Onlar kolonializm əleyhinə mübarizə aparan insanlar idi. Hələ bundan sonra Fransa Azərbaycanı işğalçılara qarşı qəddarlıqda günahlandırır. Sual verirəm: Əgər sizin muzeylərinizdə bu cür eksponatlar təqdim olunursa, haradadır sizin tolerantlığınız?”

0.41920185089111