SOCAR-ın prezidenti “Rosneft” şirkətinin baş icraçı direktoru ilə görüşüb

İyunun 5-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşü olub.

Xeber-ps.com xəbər verir ki, görüş zamanı SOCAR ilə “Rosneft” arasında qarşılıqlı əməkdaşlığın gələcək inkişaf məsələləri müzakirə edilib, enerji keçidindən irəli gələn məsələlər haqqında ətraflı fikri mübadiləsi aparılıb. 

Xatırladaq ki, SOCAR-ın prezidenti işgüzar səfəri çərçivəsində Peterburq beynəlxalq iqtisadi forumunda iştirak edərək, forumun Energetika panelində çıxış edib.

0.30426406860352